ABŞ-da 18 etirazçı saxlanıldı
Bizi izləyin

Dünya

ABŞ-da 18 etirazçı saxlanıldı

Etiraz aksiyası hərəkətin sıx olduğu magistral yollardan birində təşkil olunub.

ABŞ-ın Sent Pol şəhərində (Minnesota ştatı) keçirilən etiraz aksiyası zamanı polis 18 fəalı həbs edib.

Publika.az xəbər verir ki, etiraz aksiyası hərəkətin sıx olduğu magistral yollardan birində təşkil olunub.

Aksiya iştirakçıları məhkəmənin ötən gün polis əməkdaşı Ceronimo Yanesə bəraət verməsinə etiraz ediblər.

Qeyd edək ki, polis Ceronimo Yanes qaradərili Filando Kastilenin qətlində ittiham olunurdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm