Qisas dalğası başlayır: Müsəlmanlara qarşı “İCTİMAİ MƏHKƏMƏLƏR”
Bizi izləyin

Dünya

Qisas dalğası başlayır: Müsəlmanlara qarşı “İCTİMAİ MƏHKƏMƏLƏR”

Ekspertlər yeni terror aktlarının dalğasını gözləyirlər.

İngiltərənin paytaxtı London növbəti dəfə terror aktının hədəfi oldu. Naməlum şəxs “Finsbury Park” məscidindən çıxan vətəndaşların üzərinə yük maşını sürüb. Nəticədə bir insan həlak olub, 11-i yaralanıb.

Sürücü bununla da 4 iyul gecəsində London körpüsündə baş verən terror aktının ssenarisini təkrarlayıb.

Polislər 48 yaşlı sürücünü saxlamağa müvəffəq olublar. Hadisə şahidlərinin sözlərinə əsasən, sürücü və digər şəxslər sərxoş halda olmayıblar. Şübhəlinin psixikasında problemlərin olduğu istisna edilmir. Onu müsəlmanlar saxlayaraq polisə təhvil veriblər. Həvəskar videoyazıdan görünür ki, o, ağdərili kişidir və özünü çox sakit aparır. Onun özü hadisə zamanı yaralanmışdı, buna görə polis şübhəlini hospitala göndərib.

Cinayətin motivlərləri hələlik məlum deyil. Şübhəli hələlik bir nəfərdir, amma polis onun cinayət yoldaşlarının olduğunu istisna etmir. Şahidlər deyirlər ki, yük avtomobilində daha iki nəfər var idi və onlar polis hadisə yerinə gələmədən əvvəl qaçıblar. Bəzi şahidlərin sözlərinə görə, həmin insanlar bıçaqla silahlı idilər və yaralı insanlara zərbələr endirirdilər.

Terror aktından sonra Böyük Britaniyanın Müsəlman Cəmiyyətinin müraciəti yayılıb. Müraciətdə bildirilir ki, müsəlmanlar islamofobiyanın qurbanı olublar.

“Son bir neçə həftədə müsəlmanlar özlərinə qarşı islamofobiyanın bir çox təzahürünü hiss ediblər. Bugünkü hadisə onlardan ən amansızıdır”, - müraciətdə cəmiyyətin katibi Harun Kxan yazıb.

Sosial şəbəkələrdə isə İŞİD-in tərəfdarları artıq müsəlmanlara qarşı hücum üçün qisas almağa çağırıbar.

Ekspertlər isə yeni terror aktlarının dalğasını gözləyirlər.

“Əgər Avropa ölkələrinin hakimiyyətləri miqrantlara qarşı sərt ölçülər qəbul etməsə, bu kimi “ictimai məhkəmələr” olacaq. Onları terror aktı adlandırmaq olar, amma faktiki olaraq bu qisasdır”, - Layf.ru saytına Terror Təhlükələri Analizinin Mərkəzi Ramil Latıpov deyib.

Londonda son terror aktı iyunun 4-də baş verib. London körpüsündə böyük sürətlə hərəkət edən yük avtomobili insanların arasına girib. Sonra terrorçular maşını tərk edərək insanları bıçaqlamağa başlayıb. Nəticədə 7 nəfər həlak olub, 48-i yaralanıb. Terror aktına görə məsuliyyət İŞİD terror qruplaşması üzərinə götürüb. Terror qruplaşması yaxın günlərdə dünyanın 8 ölkəsində terror aktlar təşkil edəcəyinə söz veriblər. Söhbət İtaliya, Avstraliya, Kanada, Rusiya, ABŞ, Fransa, Böyük Britaniya və Belçikadan söhbət gedir.

Hücum üçün potensial yerlər kimi küçələr, avtodayanacaqları və bazarlar göstərilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm