DƏHŞƏT: eyni otaqda 42 nəfərin cəsədi bir-birinə sarılmış halda tapıldı
Bizi izləyin

Dünya

DƏHŞƏT: eyni otaqda 42 nəfərin cəsədi bir-birinə sarılmış halda tapıldı

İngiltərənin paytaxtı Londonda iyunun 14-də tamamilə yanan və 79 nəfərin həyatını itirdiyi yüksək mərtəbəli binada bir otaqda bir-birinə sarılmış halda 42 nəfərin cəsədi tapılıb.

Publika.az xəbər verir ki, bu haqda şahidlərə istinadən “Röyters” agentliyi bildirib.

Cəsədlərin yanğından qaçmağa çalışan, ancaq bunu bacara bilməyən və son ümid olaraq bir otağa toplanan bina sakinlərinə aid olduğu bildirilir. Ölənlərin çoxunun uşaq və qadınlar olduğu deyilir.

London polisi hadisə şahidlərinin bu iddiasını nə təsdiq, nə də təkzib edən bir açıqlama verməyib. Sual doğuran əsas məqam sözügedən 42 nəfərin 79 nəfərlik siyahıya aid olub-olmamasıdır.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm