Məhkəmə binasında atışma - Şerifin iki müavini yaralandı
Bizi izləyin

Dünya

Məhkəmə binasında atışma - Şerifin iki müavini yaralandı

ABŞ-ın Tenessi ştatının məhkəmə binasında baş verən atışma zamanı hüquq-mühafizə orqanlarının iki əməkdaşı yaralanıb.

"Report" xəbər verir ki, bu barədə ştatın Araşdırmalar Bürosu məlumat yayıb.

"Koffi dairəsi şerifinin iki müavini məhkəmə binasında atışma zamanı yaralanıb və hazırda xəstəxanadadırlar", - deyə büro nümayəndələri "Twitter" mikrobloqunda yazıblar.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin öldüyü deyilir.

"Reuters" xəbər verir ki, Koffi dairəsi şerifinin ofisinin əməkdaşı Laki Nott dindirilmək üçün məhkəmə binasına gətirilən dustağın şerifin müavinlərindən birinin tapançasını götürərək atəş açdığını, müavinlərdən birinin qarnından, digərinin isə əlindən yaralandığını bildirib.

Dustağın daha sonra qaçdığı və ehtimal ki, özünə açdığı atəş nəticəsində öldüyü qeyd olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm