Parçalanmayan heç bir ölkə qalmayacaq: Böyük fəlakətə son HAZIRLIQLAR GEDİR
Bizi izləyin

Dünya

Parçalanmayan heç bir ölkə qalmayacaq: Böyük fəlakətə son HAZIRLIQLAR GEDİR

“ABŞ-ın PKK ilə birlikdə həyata keçirdiyi plan Suriyanın şimalında, xüsusilə Türkiyənin yaxın təhdid hiss etdiyi bölgədə artır”.

Publika.az xəbər verir ki, bunu “Yeni Şəfəq” nəşrində türkiyəli yazar İbrahim Karagül bildirib.

Onun sözlərinə görə, Donald Tramp administrasiyası İrana yönəlik təhdid bəyanatları ilə çıxış etsə də, sıxışdırılan ölkə məhz Türkiyədir.

“Bu, keçmişdə də belə olub. ABŞ davamlı olaraq İranı təhdid edib. Amma son otuz ildə itirən “ABŞ-ın müttəfiqi” olan ərəblər, qazanan isə həmişə “ABŞ-ın rəqibi” İran olub. Hazırda da İran nişan alınaraq başqa bir ölkə hədəf seçilib”, - yazar qeyd edib.

İ.Karagül bölgəni böyük bir fəlakətə sürükləməyə çalışdıqlarını bildirib:

“İraqdan sonra Suriya döyüş meydanına çevrildi. Yəməndə İranla döyüşən Səudiyyə Ərəbistanı Körfəz Əməkdaşlıq Şurasının üzvü olan Qətərə qarşı ağır blokada tətbiq etdi. Bu blokada Böyük Körfəz müharibəsinin xəbərçisidir. Qətər böhranı sakitləşsə də, bu böhran üzərindən atılacaq hər addım böyük qarşıdurmanı daha da yaxınlaşdıracaq. Çünki plan belə hazırlanıb. Ayaqda güclü və bütöv bir dövlət qalmayacaq şəkildə bölgəni çox böyük bir fəlakətə sürükləməyə çalışırlar. Türkiyə bölgədə ən güclü ölkə və böyük fəlakətin qarşısındakı dayanan ən güclü müqavimət xəttidir. 15 iyulda, 17 dekabrda, Gəzidə bu xətti qırmaq istəyinin səbəbi də bu idi; Böyük regional müharibə... Türkiyə olduğu müddətdə bunun çətin olacağını bilirlər. “Elə isə Türkiyəni vuraq” deyirlər. Etdikləri həmişə budur”.

Suriyada yeni bir tarazlığın qurulduğunu qeyd edən yazarın sözlərinə görə, ərəb-fars döyüşü, İran-Səudiyyə Ərəbistanı döyüşü və şiə-sünni döyüşünün son hazırlıqları görülür.

“Ölkələrin mövqeləri müəyyən edilir, bu mövqelərə görə cəza və mükafatlar hazırlanır. Suriyadakı son cəbhələşmə, İranın Suriyaya atdığı ballistik raketlər, Türkiyənin Qətərdən sonra Suriyadakı yeni vəziyyətə baxışı çox şeyə təsir edə bilər”, - müəllif yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm