Şengen vizası dəyişir
Bizi izləyin

Dünya

Şengen vizası dəyişir

Avropa İttifaqı Şurası Şengen vizasının 1995-ci ildə müəyyən edilən dizaynına dəyişikliklərin edilməsi haqqında qətnamə qəbul edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Avropa İttifaqı Şurasının mətbuat xidmətinin xəbərində deyilir.

Məlumata görə, qərar saxta vizaların hazırlanmasının qarşısının almaq məqsədilə qəbul edilib. İyirmi illik dövr ərzində saxta Şengen vizaları ilə əlaqədar bir neçə hadisənin baş verdiyi bildirilir.

Qeyd edək ki, Almaniya, Avstriya, Belçika, Çexiya Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, İslandiya, İspaniya, İsveç, İtaliya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya və Yunanıstan Şengen zonasının ölkələridir. Avropa İttifaqına daxil olan 5 ölkə - Birləşmiş Krallıq, İrlandiya, Bolqarıstan, Kipr və Rumıniya Şengen zonasına daxil deyillər.

Avropa Birliyinə üzv olmayan ölkələrin vətəndaşlarının Şengen zonasına səyahət etməsi Şengen vizasının tətbiq edilməsi nəticəsində asanlaşdırılıb. Şengen vizaları qısamüddətli vizalardır və onlar Şengen zonasında 6 ay müddətində maksimum 90 gün qalmağa imkan verir. Uzunmüddətli səfərlər üçün isə milli vizalar tələb olunur və bu da hər ölkənin öz qanunvericiliyindən asılıdır.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm