300 milyon tapılmasa, bir ölkə məhv olacaq - ŞOK PROQNOZ
Bizi izləyin

Dünya

300 milyon tapılmasa, bir ölkə məhv olacaq - ŞOK PROQNOZ

Əgər vəziyyət dəyişməsə, aclıq olacaq.

Ümumdünya Ərzaq Proqramı (VPP) Somalidə aclığın başlana biləcəyi barədə xəbərdarlıq edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Ümumdünya Ərzaq Proqramının (VPP) Somali bölməsinin rəhbəri Loran Buker ən yaxın vaxtlarda ölkənin 300 milyon dollar yardıma ehtiyacının olduğunu bildirib.

“Aclıq yaxınlaşır. O, hələ ki, elan edilməyib. Əgər vəziyyət dəyişməsə, aclıq olacaq”, - o deyib.

Buker əlavə edib ki, Somali üçün VPP proqramı yalnız 40 faiz maliyyələşdirilib: “Yaxın yarım il üçün daha 300 milyon dollar lazımdır. Bu 2,5 milyon insana kömək göstərməyə kömək edəcək”.

Hazırda VPP dörd ölkədə - Somali, Yəmən, Cənubi Sudan və Nigeriyada aclığın qarşısının alınması üzrə fəal işləyir. Bu ölkələrdə proqramın icrasına 1 milyard dollar lazımdır.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm