2 yaşlı oğlunun şəklini paylaşdı: "1000 "like" gəlməsə, 15-ci mərtəbədən tullayacam"
Bizi izləyin

Dünya

2 yaşlı oğlunun şəklini paylaşdı: "1000 "like" gəlməsə, 15-ci mərtəbədən tullayacam"

Əlcəzairdə baş verən dəhşətli hadisə dünya mediasında geniş müzakirələrə səbəb olub.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, 2 yaşlı oğlunu 15-ci mərtəbədən sallayan ata 2 il müddətinə azadlıqdan məhrum edilib.

Uşağın şəklini sosial mediada "1000 "like" gəlməsə, uşağı tullayacam" başlığı altında paylaşan ata Əlcəzair ictimaiyyətində qızğın mübahisələrə yol açıb.

Sosial media fenomeni olmaq istəyən ata haqqında cinayət işi açılıb. Kişi rəsmilər tərəfindən saxlanılaraq həbsxanaya göndərilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm