Sabiq nazir: “Rusiya kiberhücuma cəlb olunub”
Bizi izləyin

Dünya

Sabiq nazir: “Rusiya kiberhücuma cəlb olunub”

ABŞ Demokratlar Partiyasının serverlərinə kiberhücum ölkədə seçkilərin nəticələrinə təsir etməyib.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin sabiq başçısı Cey Conson “Rusiya Federasiyasının kiber müdaxiləsi” üzrə Konqresin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə deyib.

O, həmçinin bildirib ki, Rusiyanın kiberhücuma cəlb olunduğuna əmindir. Cey Conson seçkilərə kimi bu informasiyanı seçicilərlə bölüşmədiyinə görə heyfsiləndiyini bildirib.

Qeyd edək ki, hazırda ABŞ Konqresində prezidentinin seçkilərinə Rusiyanın müdaxiləsi haqqında müstəqil araşdırma gedir. Analoji araşdırmanı həmçinin Federal Təhqiqatlar Bürosu (FTB) aparır. Konqresdə proses üzrə bir sıra dinləmələr keçirilib, amma dinləmələrdə iştirak etmiş kəşfiyyatçılar informasiyanın məxfiliyinə istinad edərək, hər hansı sübutlar verməyiblər.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm