İdlibdə bombalı hücum: 7 ölü
Bizi izləyin

Dünya

İdlibdə bombalı hücum: 7 ölü

Suriyanın şimalında yerləşən İdlib bölgəsində dəhşətli hadisə baş verib.

Publika.az xəbər verir ki, İdlibin mərkəzində üzərinə bomba yüklənmiş motosikletletin partladılması nəticəsində 7 nəfər həyatını itirib, 12 nəfər ağır yaralanıb.

Partlayışın mərkəzdə müxaliflərin təhlükəsizliklik məntəqəsinin yaxınlığında qeydə alındığı bildirilib.

İlkin məlumatlara görə ölənlərin arasında məntəqədə çalışan təhlükəsizlik əməkdaşları da olub.

İdlibin mülki müdafiə nümayəndəsi Abdurezzak Cubara yaralıların xəstəxanaya yerləşdirildiklərini qeyd edərək, ölənlərinin sayının artacağından narahatlığını dilə gətirib.

İdlib rəsmiləri hadisə ilə bağlı araşdırma başladılıb. Hücumun terror ola biləcəyi deyilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm