Fransa prezidenti: “Suriyanı təkbaşımıza vuracağıq”
Bizi izləyin

Dünya

Fransa prezidenti: “Suriyanı təkbaşımıza vuracağıq”

Fransa prezidenti Emanuel Makron mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Əsas müzakirə mövzusu Suriya olan konfransda prezident bəzi suallara sərt cavab verib.

"Suriyada kimyəvi silahların istifadəsində qırmızı xətt keçilsə, Fransa nə edəcək" sualına Makron belə cavab verib:

“Siz qırmızı xətt çəksəniz və bu xəttin keçilməməsini necə təmin edəcəyinizi bilməsəniz, deməli, zəif olmağı qəbul etmisiz. Kimyəvi silahdan istifadə edildiyi ortaya çıxsa, Fransa heç kimə məhəl qoymadan silah anbarlarını təkbaşına məhv edəcək”.

Suriya mövzusunda diplomatik və siyasi yol xəritəsi lazım olduğunu vurğulayan Makron hərbi üsullarla problemin həll olunmayacağını bildirib:

“Bəşər Əsədin iqtidardan getməsini şərt olaraq qeyd etmirəm, Amma heç kim məni onun qanuni xələfiylə tanış etməyib. Terrorçuların bu bölgədən kökünü qazımaq üçün xüsusilə Rusiyanın köməyinə ehtiyacımız var”.

Amin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm