• USD 1,7000 0,00% EUR 1,9020 -0,40%
    • GBP 2,1349 +0,18% RUB 0,0265 +0,38%

Putin qeyri-leqal işindən danışdı: “Mən kəşfiyyatda…”

  • Dünya
  • 24 İyun 2017 14:32
  • 554 Baxış
Putin qeyri-leqal işindən danışdı: “Mən kəşfiyyatda…”

“SSRİ-nin xarici kəşfiyyat orqanlarında mənim işim yalnız xarici kəşfiyyat xidməti ilə deyil, həm də qeyri-leqal kəşfiyyatla bağlı idi”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına deyib.

Putinin sözlərinə görə, qeyri-leqal kəşfiyyatçılar xüsusi keyfiyyətə və xarakterə malik insanlar olurlar.

“Öz cari həyatından, yaxınlarından və doğmalarından imtina etməyi, illərlə ölkədən uzaqda olmağı yalnız seçilmişlər bacarır. Bunlar unikal insanlardır. Mən onlara xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Əminəm ki, onlar sözlərimi eşidəcəklər”, - dövlət başçısı qeyd edib.

“Rossiya-1” telekanalının xüsusi reportajı qeyri-leqal kəşfiyyatla məşğul olan xarici kəşfiyyat xidmətinin “S” idarəsinin yaranmasının 95-ci illiyinə həsr edilmişdi.

Qeyd edək ki, Putin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sıralarında 1985-1990 illərdə Şərqi Almaniyada çalışıb.

Ömər

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR