“Bu, rusların həyata keçirdiyi 11 sentyabr hücumudur” – ŞOK MÜQAYİSƏ
Bizi izləyin

Dünya

“Bu, rusların həyata keçirdiyi 11 sentyabr hücumudur” – ŞOK MÜQAYİSƏ

"Ruslar əldə etdikləri müvəffəqiyyəti nəzərə alaraq mütləq qayıdacaqlar".

ABŞ müdafiə nazirinin kəşfiyyat işləri üzrə keçmiş müavini (2011-2015-ci illər) Maykl Vikers Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi ətrafında qalmaqalı 11 sentyabr 2001-ci il terror aktları ilə müqayisə edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, keçmiş məmur bu haqda NBC telekanalına müsahibəsində deyib.

“Bu hücum əslində siyasi nöqteyi-nəzərdən 11 sentyabr terror hücumuna ekvivalentdir. Bu, dəhşətlidir”, - o bildirib.

Onun sözlərinə görə, ruslar əldə etdikləri müvəffəqiyyəti nəzərə alaraq mütləq qayıdacaqlar.

“Mən ABŞ tərəfdən hansısa cavabın olduğuna dair məlumatlar görmürəm”, - Vikers əlavə edib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm