Dünya
ABŞ-dan ərəb ölkələrinin Qətərə qarşı addımlarına reaksiya
ABŞ Xarici İşlər Naziri Reks Tillerson 4 ərəb ölkəsinin embarqonu qaldırması üçün Qətərdən tələb etdiyi bəzi şərtlərin qəbul edilməsinin çətin olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, R.Tillerson bu tələblərin mövcud böhranın həll olunması mövzusundakı dialoq üçün təməl olacağını da qeyd edib. Nazir bütün ərəb ölkələrinə terroru dayandırmaları və düşmən qüvvələrlə birlikdə mübarizə aparmaları çağırışını edib.
Qeyd edək ki, Qətər Xarici İşlər naziri ötən gün Səhudiyyə Ərəbistanı və müttəfiqi Misir, BƏƏ və Bəhreynin tələb etdiyi 13 şərti rədd edib.
Xəbər verdiyimiz kimi, yuxarıda adı çəkilən 4 ölkə Qətəri terroru dəstəkləməkdə ittiham edir. Bu ittihamlara görə də ölkə uzun müddətdir daha öncə görmədiyi diplomatik və iqtisadi qadağalarla qarşılaşıb.
Əlavə olaraq, bu ölkələr Qətərin İranla münasibətinə sərhəd qoymasını və ölkədəki türk hərbi bazasını ləğv etməsini, “Əl-cəzirə” telekanalının bağlanmasını tələb edir. Tələblərə cavab verilməsi üçünsə 10 gün vaxt verilib.
Tələblərin qarşılanmayacağı təqdirdə BƏƏ Qətərlə “yollarını ayıracağını” və böhranın daha da dərinləşəcəyini bildirib.
Zümrüd
-
Hadisə17:32
Bakıda bazar yanır - Yeniləndi
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO