Dünya
Trampın etirazlara səbəb olan fərmanı qüvvəyə mindi - Amma...
ABŞ Ali Məhkəməsi prezident Donald Trampın miqrasiya barədə fərmanının qismən qüvvəyə minməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, D. Trampın həmin fərmanı İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarının 90 gün müddətinə ABŞ-a gəlişinə qadağanı nəzərdə tutub. İraq sonradan bu siyahıdan çıxarılıb. Lakin Vaşinqton ştatının Sietl Federal Məhkəməsi və Havay ştatının Qonolulu Federal Məhkəməsi bu fərmanın əleyhinə qərar verib və fərman icra olunmayıb.
ABŞ Ali Məhkəməsinin qərarı o deməkdir ki, Ali Məhkəmə yekun qərar verənə qədər D. Trampın fərmanı qismən icra olunacaq.
Ali Məhkəmənin növbəti iclası oktyabra təyin edilib. Ancaq bu qərar həmin ölkələrin ABŞ təşkilatları və vətəndaşları ilə sıx əlaqələri, ABŞ-da biznesi olan vətəndaşlarının gəlişinə qadağanı məhdudlaşdırıb. Yəni fərman bu şəxslərə şamil olunmayacaq.
Xatırladaq ki, D. Tramp iyunun əvvəlində ABŞ Ali Məhkəməsinə müraciət edib.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var