Dünya
“Bu layihə Rusiya ordusunun müdaxiləsinə təkan verəcək” – ŞOK PROQNOZ
“Şimal axını-2” boru kəmərinin tikintisi Rusiya ordusunun Ukraynaya müdaxiləsi üçün təkan verə bilər.
Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda Ukrayna Ali Radasının spikeri Andrey Parubiy Kiyevdə mətbuat konfransının gedişatında bildirib.
Parubiy qaz kəmərini “Rusiyanın müasir energetika silahı” adlandırıb. Onun sözlərinə görə, “Şimal axını-2” Ukrayna üçün yalnız siyasi aspektdə deyil, həm də təhlükəsizlik nöqteyi-nəzərindən təhlükəlidir.
Bundan başqa, spiker deyib ki, qaz kəmərinin işə salınması Moskva üçün əlavə olaraq böyük gəlir gətirəcək. O bildirib ki, bu vəsaitlərdən Suriyada və Ukraynada hərbi əməliyyatlara xərclənə bilər.
Qeyd edək ki, “Şimal axını-2” qaz kəməri layihəsi Baltika dənizi vasitəsilə ildə 55 milyard kubmetr qazın Almaniyaya çatdırılmasını nəzərdə tutur. Çexiya, Estoniya, Macarıstan, Latviya, Polşa, Slovakiya, Rumıniya və Litva layihəyə qarşı çıxaraq, Avropa Komissiyasına məktub göndəriblər. Onların fikrincə, layihə özü ilə geosiyasi destabilizasiya risklərini gətirir.
Ötən həftə ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyaları qəbul edib. Sanksiyalar həmçinin “Şimal axını-2” layihəsini də hədəfə alır.
Bir neçə gün əvvəl qaz kəməri layihəsini Rusiyanın Ukraynaya qarşı energetika təcavüzünün aləti adlandıran Ukrayna prezidenti Pyotr Poroşenko layihənin həm də bütün Avropa İttifaqına qarşı olduğunu bildirib.
Ömər
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO