Prezident müxalifəti silahla hədələdi, küçələrə "Draqon"lar çıxarıldı - - FOTO
Bizi izləyin

Dünya

Prezident müxalifəti silahla hədələdi, küçələrə "Draqon"lar çıxarıldı - - FOTO

"Sizi silahlı qruplarınızı tərksilah etməyə çağırıram”.

Venesuela parlamentinin müxalifətçi deputatları parlament binasında bloklanıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Venesuela müxalifətinin lideri, Miranda ştatının qubernatoru Enrike Kapriles bildirib.

O, hadisəyə görə məsuliyyəti prezident Nikolas Madorunun üzərinə qoyub. Bir müddət sonra parlamentin mühasirəsi ləğv olunub.

Daha əvvəl yayılan xəbərə görə, parlamentin üç deputatı və bir neçə jurnalist Milli Qvardiyanın əməkdaşları tərəfindən döyülüb. Parlament binasının isə prezidentin tərəfdarlarının hücumlarına məruz qaldığı bildirilir.

Prezident isə öz siyasi kursunun müdafiəsi üçün silaha əl atmaqla hədələyib.

Dövlət başçısı bu halda müxalifət liderlərindən biri olan parlamentin spikeri Xulio Borxesə müraciət edərək onu tərəfdarlarını tərksilah etməyə çağırıb.

“Cənab Xulio Borxes, zorakılığın dayandırılması üçün sizi silahlı qruplarınızı tərksilah etməyə çağırıram”, - Maduro deyib.

Prezident bildirib ki, Ali Məhkəmə binasına vertolyotla hücum edən Venesuelanın polisinin elmi, cinayət və kriminalistika araşdırmaları korpusunun (CICPC) əməkdaşı Oskar Peresin tutulması üçün xüsusi xidmət orqanlarının bütün bölmələri yönəldilib.

"Mən Zamora planının (Prezident dövlət çevrilişinin həyata keçirilməsinin qarşısını almaq üçün aprel ayında Zamora planını elan edib -red.) ikinci mərhələsini elan etməliyəm. Artıq bütün xüsusi güclər bu qrupu tutmaq üçün hərəkətə keçib", - o söyləyib.

Ölkə lideri həmçinin hesab edib ki, ABŞ prezidenti Donald Tramp müxalifətə təsir etməklə Venesuelada zorakılığın dayandırılmasına kömək edə bilərdi. O, müxalifətlə danışıqlara hazır olduğunu bildirib.

“Əgər siz sülh haqqında danışmaq istəyirsinizsə, prezident Nikolas Maduro hazırdır. Bizdə belə təcrübə var”, - o qeyd edib.

Venesuela prezidenti Ali Məhkəmə binasına vertolyotun hücumunu terrorçuların hücumu adlandırıb.

Son məlumatlara görə, zirehli texnika paytaxt Karakasda prezident sarayının yerləşdiyi ərazidə cəmləşir. Həmçinin, paytaxtın küçələrinə hərbi texnika çıxarılıb. Xüsusi halda, küçələrdə "Draqon-300" zirehli avtomobilləri qeydə alınıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm