Pentaqon başçısı: “İran Suriyada qaydalarla oynamır”
Bizi izləyin

Dünya

Pentaqon başçısı: “İran Suriyada qaydalarla oynamır”

Amerikalı nazir İranla hərbi toqquşma ehtimalını şərh edib.

“İran Suriyada qaydalar üzrə oynamır”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ-ın müdafiə naziri Ceyms Mettis jurnalistlərə bildirib.

“Bəli, iranlılar qaydalara riayət etmirlər. Biz hesab edirik ki, ruslar onları vaxtaşırı bəzi şeyləri etməyə inandırmağa çalışırdılar”, - Mettis deyib.

Suriya hakimiyyətini dəstəkləyən İran hərbçiləri ilə toqquşmanın mümkünlüyünə gəlincə, müdafiə naziri İran qoşununun onlara hücum etmədiyi halda, belə ehtimalın olmadığını vurğulayıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm