Qadına 1 yaşlı uşağının ətini yedizdirdilər - ŞOK - - VİDEO
Bizi izləyin

Dünya

Qadına 1 yaşlı uşağının ətini yedizdirdilər - ŞOK - - VİDEO

İraq parlamentinin yezidi qadın deputatı Vian Dakhil Misir televiziyasına verdiyi müsahibəsində IŞİD-in qeyri-insani əməlləri barədə dəhşətli faktların üstünü açıb. Dakhil terror təşkilatının aclıqdan ölmək üzrə olan qadına bir yaşlı oğlunu bişirib yedizdirdiklərini danışıb.

Publika.az xəbər verir ki, Dakhilin göz yaşları içərisində danışdığı hadisələrdən bəlkə də ən dəhşətlisi budur - öz oğlunun ətini yeyən ana. Gənc bir qadın seks köləsi edilmək üçün IŞİD tərəfindən qaçırılıb. 3 gün bir kamerada ac-susuz saxlanılandan sonra, qadına bir boşqabda plov və ət verilib. Aclıqdan ölmək ərəfəsində olan qadın boşqabda nə olduğunu düşünmədən ona verilən yeməyi yeyib. Yeməyi bitirəndən sonra qadına "az əvvəl 1 yaşlı oğlunun ətini yedin. Onu bişirib sənə yemək kimi verdik" deyiblər.

Millət vəkilinin danışdığı digər bir hadisədə isə İŞİD terrorçuları 10 yaşlı qızın meyitinə onun atasının gözü qarşısında təcavüz edib. Sonra da atanın digər 5 qızına qarşı eyni hərəkət edilib.

Vian Dakhil yezidi qızların IŞİD tərəfindən qaçırılaraq müsəlman edildiyi, ardından da gəlin və ya seks köləsi edilmək üçün satıldığını bildirib.

Videomüsahibədə göz yaşlarını bir dəqiqə belə saxlamayan yezidi millət vəkili "onlar qızlarımızı alıb satışa çıxarırdı. Biz də onları xilas etmək üçün satın alırdıq. Biz yezidilər 21-ci əsrdə öz qızlarımızı, öz qadınlarımızı satın alırıq", - deyə bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm