Girov götürülən BMT əməkdaşları sərbəst buraxıldı (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Girov götürülən BMT əməkdaşları sərbəst buraxıldı (YENİLƏNDİ)

Girov götürülən şəxsin adı açıqlanmır.

Liviyada girov götürülən BMTəməkdaşları sərbəst buraxılıb.

Publika.az xəbər verir ki, insident nəticəsində zərərçəkənlərin olmadığı bildirilir.

Məlumata əsasən, yerli tayfa başçıları ilə danışıqlardan sonra sərbəst buraxılan BMTəməkdaşları Tripoliyə yollanıb.

***

Liviyada BMT-nin missiyasının üzvlərini oğurlayanlar öz tələblərini irəli sürüblər.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, silahlılar Səudiyyə Ərəbistanında həbs edilmiş tərəfdarlarının azad edilməsini tələb ediblər.

Məlumatda bildirilir ki, radikallar BMT-nin Ali Komissarının Qaçqınlar üzrə İdarəsinin 7 üzvünü oğurlayıblar. BMT üzvləri Tunisdən Liviyanın Əz-Zaviyə şəhərinə qeyri-leqal miqrantların saxlanıldığı mərkəzə yoxlama üçün göndəriliblər. Burada isə oğurlanıblar. Onların arasında əcnəbilər də var.

***

"Əl-Qaidə" terror qruplaşmasının silahlıları BMT-nin Liviyadakı missiyasının üzvünü girov götürüb.

Publika.az xəbər verir ki, insident paytaxt Tripolidən 45 kilometr qərbdə yerləşən Əz-Zaviyə yaşayış məntəqəsində baş verib.

Girov götürülən şəxsin adı və hadisənin təfərrüatları açıqlanmır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm