Poroşenko Krım barədə tapşırıq verdi
Bizi izləyin

Dünya

Poroşenko Krım barədə tapşırıq verdi

Ukrayna prezidenti Pyotr Poroşenko Konstitusiya komissiyasına Krımın statusu haqqında dəyişikliklərlə bağlı layihəni hazırlamağı tapşırıb.

Publika.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu haqda Ali Radanın deputatı Yuri Çijmar deyib.

“Biz anladıq ki, hazırda Krımın Muxtar Respublikası artıq unitar ölkənin tərkibində mövcud ola bilməz”, - parlament üzvü bildirib.

Qeyd edək ki, Krım 2014-cü ilin martında Rusiya tərəfindən ilhaq edilib. Moskva yarımadanın referendumun nəticəsinə görə Rusiyaya birləşdirildiyini iddia edir. Qərb isə ilhaqı tanımayacağını bildirr.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm