Ölümcül silahlar Rusiyaya tuşlanacaq: ABŞ-dan Moskvaya SON ZƏRBƏ
Bizi izləyin

Dünya

Ölümcül silahlar Rusiyaya tuşlanacaq: ABŞ-dan Moskvaya SON ZƏRBƏ

ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsi hökuməti Rusiyanın təcavüzünə əks addımlar olaraq raket silahının yaradılmasının yeni proqramını hazırlamağa, Avropada müttəfiqləri dəstəkləməyə, həmçinin Ukraynaya öldürücü silah verməyə çağırıb.

Publika.az “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, bu haqda komitə tərəfindən hazırlanmış 2018-ci ildə milli müdafiəyə təxsisatlar haqqında qanun layihəsində deyilir.

Bundan başqa, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiyanın “hibrid müharibəsi” haqqında qanunvericilər qarşısında hesabat verməli olacaq.

Qanun layihəsi öldürücü silahların çatdırılması da daxil olmaqla, Ukraynaya rusiyayönlü separatçılarla mübarizə üçün 500 milyon dollar vəsaitin ayrılmasını nəzərdə tutur. Həmçinin 2014-cü ildə Krımın zəbtindən sonra Pentaqonun Rusiya hərbçiləri ilə birbaşa əməkdaşlığına dair qadağa uzadılır.

Komitə Avropanın şərq cinahında təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən Pentaqonun layihəsi üçün 4,6 milyard dolların ayrılmasını bəyənib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm