"İQ-ü aşağı olan səviyyəsizlər"- Trampdan QALMAQALLI TVİT
Bizi izləyin

Dünya

"İQ-ü aşağı olan səviyyəsizlər"- Trampdan QALMAQALLI TVİT

ABŞ prezidenti Donald Tramp özünün tvitter hesabından MSNBC televiziya kanalının diktorlarından birini təhqir edib.

Publika.az xəbər verir ki, boş vaxtlarında tvitter hesabından rəsmi nümayəndələr haqqında subyektiv, hətta qərəzli fikirlər yazan Tramp bu dəfə də 50 yaşlı Mika Brzezinskiyə qarşı sərt ifadələrlə gündəmə gəlib.

50 yaşlı teleaparıcı Brzezinski ötən gün özünün "Morning Co" adlı proqramında Trampı sərt şəkildə tənqid edib. Tramp isə buna cavab olaraq özünün sosial hesabından xanım aparıcını və nişanlısını "İQ-ü aşağı olan səviyyəsizlər" adlandırıb.

Mediada geniş müzakirələrə səbəb olan məsələ haqqında Trampa Respublikaçılar Partiyasının nümayəndələrindən belə kəskin reaksiya gəlib. ABŞ Nümayəndələr Məclisinin sədri Pol Ryan məsələ barəsində "Bu, prezidentə yaraşan addım deyil. Çox təəssüf" deyib.

Respublikaçı partiyasının senatoru Ben Sassenin isə reaksiyası belə olub: "Xahiş edirəm bunlara son qoyun. Bu etdikləriniz normal deyil və sizin mövqeyinizə qəti uyğun deyil. Alicənablığınızı qorumağınızı tələb edirəm".

Respublikaçılardan Senator Lindsey Qrehem isə "Cənab Tramp, sizin tvitləriniz ABŞ-ın siyasətinin böyüklüyünə xələl gətirir. Amerikanın siyasətinin yanlışlığına dəlalət edir".

MSNBC kanalı da Trampın şərhinə elə sosial media üzərindən cavab verərək bildirib ki, əgər ABŞ prezidenti işini görmək əvəzinə, vaxtını sosial şəbəkədə oturub yalan və şəxsi qərəzli fikirlərinə sərf edirsə, bu, Amerika üçün faciədir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm