Suriyalı qaçqınların düşərgəsində QƏTLİAM: 20 ölü, 60 yaralı
Bizi izləyin

Dünya

Suriyalı qaçqınların düşərgəsində QƏTLİAM: 20 ölü, 60 yaralı

Xüms-Quzeyr sərhəd bölgəsinin Livana aid hissəsində qurulan “Arsel” qaçqın düşərgəsinə basqın edən Livan ordusu suriyalı qaçqınları vəhşicəsinə qətlə yetirib, onlarla insan yaralanıb.

Publika.az xəbər verir ki, düşərgədə Azad Suriya Ordusuna aid şəxslərin olduğunu iddia edən Livan əsgərləri 400 qaçqını həbs edib.

Gecə 03:00 radələrində təşkil edilən hücumda onlarla tank və zirehli maşınlardan istifadə edilib. 5 saat davam edən qətliamda 20 suriyalı qaçqın öldürürlüb, 60-ı yaralanıb.

Hadisə ilə bağlı açıqlama verən səlahiyyətli şəxslər basqın edənlərin çoxunun “Hizbullah” hərəkatı üzvləri olduğunu iddia ediblər.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm