Qətər ərəb ölkələrinin tələblərini rədd etdi
Bizi izləyin

Dünya

Qətər ərəb ölkələrinin tələblərini rədd etdi

Nazir tələbləri kollektiv cəza olduğunu bildirib.

“Qətər hakimiyyəti əmirliklə münasibətlərin bərpası üçün ərəb ölkələri tərəfindən irəli sürülmüş tələblərin siyahısını rədd edir”.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni deyib.

“Biz tələblərin siyahısını rədd edirik və uyğun şərtlərlə dialoqa hazırıq”, - o bildirib.

Onun sözlərinə görə, tələblərin hədəfi Qətər üzərində nəzarət mexanizminin qurulmasına yönəlib və beynəlxalq hüquqa ziddir. Nazir ultimatumlardan qorxmadığını və tələblərin yerinə yetirilməsi üçün verilən müddətin bitməsindən sonra istənilən mənfi nəticələrə qarşı durmağa hazır olduğunu vurğulayıb.

“Blokadada iştirak edən ölkələr tərəfindən qəbul edilmiş ölçülər kollektiv cəzadır. Beləliklə, tələblərin siyahısı onların rədd edilməsi üçün formalaşdırılıb”, - diplomat əmindir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn iyun ayından diplomatik münasibətləri kəsdikləri Qətərə qarşı 13 maddəlik tələbnamə irəli sürüblər.

Qətərdən İrandakı ofislərini bağlaması, həmçinin İranla hərbi sahədə əməkdaşlığa son qoyması, "Müsəlman qardaşlar", İŞİD, "Əl-Qaidə" və "Hizbullah" kimi terror təşkilatları ilə əlaqələrin dayandırması, bu təşkilatları rəsmi olaraq terrorçu elan etməsi, "Əl-Cəzirə" və digər media qurumlarını bağlanması və Türkiyənin Qətərdəki hərbi iştirakına son qoyulması tələb olunur.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm