DƏHŞƏTLİ QƏZA: Avtobus yük avtomobili ilə toqquşdu - MATƏM ELAN OLUNDU - YENİLƏNİB
Bizi izləyin

Dünya

DƏHŞƏTLİ QƏZA: Avtobus yük avtomobili ilə toqquşdu - MATƏM ELAN OLUNDU - YENİLƏNİB

Tatarıstanda bir günlük matəm elan edilib.

Publika.az xəbər verir ki, Tatarıstan prezidenti Rustam Minnixanov ötən gecə avtobus və yük avtomobilinin toqquşması nəticəsində 13 nəfərin ölməsi ilə əlaqədar matəm elan edib.

***

Rusiyada "KaMAZ" markalı yük avtomobili ilə "Neoplan" markalı sərnişin avtobusunun toqquşması nəticəsində 13 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" fövqəladə xidmətlərdəki mənbəyə istinadən məlumat yayıb.

"Yol qəzasında ölənlərin sayı 13 nəfərə çatıb, 12 nəfər xəsarət alıb" - deyə müsahib bildirib.

Qeyd edək ki, hadisə Tatarıstanda, Zainsk şəhərindən 9 kilometr məsafədə baş verib. Hər iki nəqliyyat vasitəsi qəzadan sonra yanmağa başlayıb. Avtomobillər yerli vaxtla saat 01:17-də söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm