FETÖ üzvləri xristianlığı qəbul edirlər
Bizi izləyin

Dünya

FETÖ üzvləri xristianlığı qəbul edirlər

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ FETÖ terror təşkilatı üzvlərinin xristian dinini qəbul etmələri haqqında açıqlama yayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, B.Bozdağ Amerika Birləşmiş Ştatlarına terror təşkilatı ilə bağlı xəbərdarlıq da edib.

Nazir bildirib ki, FETÖ terror təşkilatı üzvləri xristian adları qəbul edərək xristian təriqətlərinə daxil olurlar. Həmin təriqətlər daxilində güclənib, öz təşkilatlarını möhkəmləndirirlər. Fəaliyyət göstərdikləri ölkələrin mətbuatına, vəzifəli şəxslərinə milyonlarla dollar rüşvət verib Türkiyə əleyhinə və özlərinə lazım olan formada rəylər verilməsini istəyirlər.

Həmçinin, nazir Fətullah Güləni Türkiyəyə geri qaytarmayan ABŞ-a mürəciətlə bildirib ki, bu təşkilatın fəaliyyətinin qarşısı alınmazsa, öz millətinə etdiyi xəyanətlərin eynisinin onlara da ediləcəyi istisna deyil.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm