“Bu, Rusiyaya sarsıdıcı zərbə olacaq!” - SSRİ variantı TƏKLİF OLUNDU
Bizi izləyin

Dünya

“Bu, Rusiyaya sarsıdıcı zərbə olacaq!” - SSRİ variantı TƏKLİF OLUNDU

“Rusiyaya qarşı sanksiyalar və Ukraynaya öldürücü silahlarıın verilməsi Donbası qaytarmağa kömək edəcək”.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bunu Ukraynanın ehtiyatda olan generalı, Silahlı Qüvvələrin Baş Qərargah başçısının müavini İqor Romanenko deyib.

Hərbiçi ümid etdiyini bildirib ki, Qərb maliyyə məhdudiyyətlərinin köməyi ilə Rusiya iqtisadiyyatını dağıtmağı bacaracaq. O, Sovet İttifaqının da eyni metodla dağıdıldığını xatırladıb.

General hesab edir ki, ABŞ-dan Avropaya mayeləşdirilmiş qazın idxalı üzrə layihənin reallaşdırılması, “Şimal axını-2” və “Türk axını” qaz kəmərlərinin tikintisi üzrə layihələrin icrasının dayandırılması, həmçinin təbii resursların hasilatı üzrə texnologiyaların Rusiyaya verilməməsi Moskvaya sarsıdıcı zərbə vura bilər:

“Sovet İttifaqı bir çox səbəblərdən dağıldı. Amma iqtisadi səbəb ilk sırada gəlirdi. Bu məhdudiyyətlər birmənalı olaraq Rusiya iqtisadiyyatını vuracaq və prezident Vladimir Putini reaksiya verməyə məcbur edəcək”.

Eyni zamanda Romanenko vurğulayıb ki, bütün bunlar Donbasın asanlıqla Ukrayna tərkibinə qaytarılacağı anlamına gəlmir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm