"Daha ABŞ-ı məhv etmək çətin olmayacaq" - Müstəqillik Günündə HƏDİYYƏ
Bizi izləyin

Dünya

"Daha ABŞ-ı məhv etmək çətin olmayacaq" - Müstəqillik Günündə HƏDİYYƏ

“Koreya Xalq Demokratik Respublikası tərəfindən birinci qitələrarası ballistik raketin işə salınması deməyə əsas verir ki, Pxenyan ABŞ-a nüvə döyüş sursatları ilə zərbə üçün texnologiyalara malikdir”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, beynəlxalq məsələlər üzrə Rusiya Şurasının eksperti Vladimir Batyük deyib.

Qeyd edək ki, bu gün yerli vaxtla 3:39-da Şimali Koreya Yapon dənizi istiqamətində raket buraxıb. Daha sonra ölkənin dövlət televiziyası rəsmən “Xvason-14” qitələrarası ballistik raketin birinci müvəffəqiyyətli sınağını elan edib. Bəyanata əsasən, sınaq ölkə lideri Kim Çen Inın əmri ilə keçirilib. Pxenyanın rəsmi məlumatına görə, raket 2802 kilometr uçuş hündürlüyə nail olub və 933 kilometr uçub.

Rusiyalı ekspert qeyd edir ki, Vaşinqton buna Cənubi Koreya ilə birgə təlimlərlə cavab verə bilər, amma bu, Şimali Koreyada mənfi əhval-ruhiyyə yaratmayacaq.

“Raket sınağı bir daha onun sübutudur ki, Koreya Xalq Demokratik Respublikası ABŞ-ın ərazisinə zərbə endirəcək texnologiyalara malikdir”, - Batyük deyib.

O, raket sınağının ABŞ-ın Müstəqilliyi Günündə həyata keçirilməsinin isə Vaşinqtona verilən xüsusi mesaj olduğunu bildirir.

Cənubi Koreyadan olan ekspertlər isə sınaqdan keçirilmiş raketin potensialını qiymətləndiriblər. “Renxap” agentliyi yazıb ki, hərbi ekspertlərə görə, qitələrarası ballistik raket 8 min kilometr məsafəni qət edə bilər.

“Ekspertlər hesab edirlər ki, raketin uçuş hündürlüyü və qət etdiyi məsafə haqqında Koreya Xalq Demokratik Respublikasının açıqladığı məlumatlar həqiqətə uyğundurlarsa, onda raket 8 min kilometrdən çox məsafəni qət edə bilər”, - agentlik qeyd edib.

“Renxap” həmçinin Cənubi Koreya Silahlı Qüvvələrinin baş qərargahının keçmiş rəsi müavini Sin Von Sikanın sözlərini sitat gətirib. Onun sözlərinə görə, qitələrarası ballistik raketin hərəkət radiusu uçuş hündürlüyündən 4 dəfə çox qiymətləndirilir. Keçmiş hərbi məmur “Xvason-14” raketinin 10 min kilometr hərəkət radiusunun olduğunu hesab edir.

Əgər raket Şimali Koreyanın Vonsan limanından buraxılsa, o yalnız Havay adalarını deyil, həm də Alyaskanı vura biləcək. Beləliklə, hərbi ekspertləri hesab edirlər ki, Pxenyan ABŞ-ın kontinental hissəsinə zərbələr vurmaq imkanını əldə edib.

İki gün əvvəl isə Şimali Koreyanın rəsmi dövlət qəzetində dərc olunan məqalədə bildirilib ki, ölkənin malik olduğu raketlər dünyanın istənilən yerindəki hədəfi məhv edə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm