Ata pula görə oğlunu vəhşicəsinə döydü, soyundurub... - - FOTO
Bizi izləyin

Dünya

Ata pula görə oğlunu vəhşicəsinə döydü, soyundurub... - - FOTO

Oğlunu qamçı ilə vəhşicəsinə döyən atanın acığı bununla soyumayıb.

Çində 12 yaşlı uşaq atası tərəfindən döyülərək çılpaq şəkildə küçəyə atılıb.

Publika.az xəbər verir ki, buna səbəb uşağın pul oğurlaması olub.

Oğlunu qamçı ilə vəhşicəsinə döyən atanın acığı bununla soyumayıb. O, uşağın əllərini iplə motosikletə bağlayıb və küçədə sürüyüb.

Ətrafdakı vətəndaşlar kişinin uşağın atası olduğuna inanmayıb və ondan uşağın paltarlarını geyindirməsini tələb ediblər.

Törətdiyi əməlləri ilə bağlı danışan ata ailə büdcəsindən böyük məbləğdə pul oğurladığına görə övladına dərs vermək istədiyini açıqlayıb.

Hadisə yerinə gələn polislər ata və oğlunu polis bölməsinə aparıblar.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm