Dünya
ABŞ və Rusiya Türkiyəyə qarşı: Ankara OYUNDAN ÇIXARILIR
Qazaxıstanın paytaxtı Astanada beşinci dəfə keçirilən Suriya toplantısında ABŞ-dan kritik həmlə gəlib.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ABŞ Suriyada təhlükəsiz bölgələrin yaradılması ilə bağlı öz planını açıqlayıb.
Toplantıya qatılan mənbələrdən əldə edilən məlumata görə, Rusiya nümayəndə heyəti dünən ikitərəfli danışıqlar zamanı Türkiyə və İranı təmsil edən nümayəndə heyətlərinə Dera və Kuneytranın təhlükəsiz bölgələr siyahısından çıxarılmasını təklif edib. Qeyd edilir ki, ABŞ-ın Suriyadakı hərbi varlığını nəzərə alan Moskva bu ölkədəki vəziyyəti Vaşinqton ilə müzakirə etmək qərarına gəlib.
Mənbələr qeyd edirlər ki, ABŞ-ı toplantıda təmsil edən dövlət katibinin köməkçisi Stüart Jonas Suriya müxalifəti ilə dünən axşam saatlarında “Grand Park Esil” otelində görüşüb. Amerikalı bir diplomatın da təsdiq etdiyi məlumata görə, Jonas müxalifətə Suriyanın cənubunda - İordaniya sərhədində (burada ABŞ hərbi qüvvələri yerləşir- red) Astana prosesindən kənar təhlükəsiz bölgənin yaradılması mövzusunda Rusiya və İordaniya ilə razılaşdıqlarını söyləyib.
Suriya müxalifəti hesab edir ki, ABŞ bununla da Rusiya, İran və Türkiyənin başladığı Astana prosesini pozmaq, əvəzində “Amman prosesi”nə başlamaq niyyətindədir. Bu isə Türkiyə və İranın prosesdən kənarlaşdırılması anlamına gəlir.
Xatırladaq ki, Türkiyə, Rusiya və İran 3-4 may tarixlərində keçirilən dördüncü Astana toplantısında İdlib vilayəti, Xüms vilayətinin şimalındakı bəzi bölgələr, Dəməşqin Şərqi Guta bölgəsi və cənubda yerləşən Dera ilə Kuneytra vilayətlərində təhlükəsiz bölgələrinin yaradılması mövzusunda razılaşıblar.
Ömər Dağlı
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO