Trampdan müharibə ANONSU: “Yaxın həftələrdə...”
Bizi izləyin

Dünya

Trampdan müharibə ANONSU: “Yaxın həftələrdə...”

Varşavada səfərdə olan ABŞ prezidenti Donald Tramp polşalı həmkarı Andjey Duda ilə görüşdən sonra keçirilən mətbuat konfransında Pxenyanı növbəti dəfə hədələyib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Ağ Ev başçısı Şimali Koreya təhdidinə qarşı sərt addımlar atılacağını deyib.

Tramp qarşıdakı həftələr və aylarda Şimali Koreyaya qarşı hansı addımların atılacağına dair qərar veriləcəyini bildirib.

Dünən isə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bəyan edib ki, ABŞ Şimali Koreyaya təzyiq məqsədi ilə bütün imkanlardan, o cümlədən hərbi gücdən istifadə etməyə hazırdır.

“ABŞ özünü və müttəfiqlərini müdafiə etmək üçün bütün imkanlara əl atmağa hazırdır. Lüzum olsa, bu məqsədlə ordudan istifadə edəcəyik. Ümumilikdə hərbi istiqamətə üstünlük verməsək belə”, deyə N.Heyli bildirib.

Qeyd edək ki, Şimali Koreya iyunun 4-də Yapon dənizi istiqamətində raket buraxıb. Daha sonra ölkənin dövlət televiziyası rəsmən “Xvason-14” qitələrarası ballistik raketin birinci müvəffəqiyyətli sınağını elan edib. Bəyanata əsasən, sınaq ölkə lideri Kim Çen Inın əmri ilə keçirilib. Pxenyanın rəsmi məlumatına görə, raket 2802 kilometr uçuş hündürlüyünə nail olub və 933 kilometr uçub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm