Dünya
Yanukoviç Moskvada Krımdan danışdı: "...Ukraynanın tərkibinə qayıdacaq” - VİDEO
“Ümid edirəm ki, Krım Ukraynanın tərkibinə qayıdacaq. Ancaq qəti qərarı krımlılar verməlidir”.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Moskvada keçirdiyi mətbuat konfransında deyib.
“Mən istəyərdim ki, Krım Ukraynanın tərkibinə qayıtsın, amma bu, Krım sakinlərindən asılı olacaq. Bu, onların qərarı idi, onlar özünü və ailələrini müdafiə edirdilər. Mən 23 fevral 2014-cü ildə Krım sakinlərinin qətiyyətini gördüm. Onlar “Maydan”ın Krıma gələcəyindən qorxurdular”, - sabiq prezidenti vurğulayıb.
Yanukoviç indiki Ukrayna hakimiyyətini qorxaqlıqda və “Krımı baharı” zamanı susmaqda ittiham edib.
O deyib ki, krımlıların qərarı əvvəlcədən məlum idi və yarımadada keçirilən referendumun nəticəsinə heç kim şübhə etmirdi: “Biz bilirdik ki, Krımda həmişə rusiyayönlü əhval-ruhiyyə olub”.
O bildirib ki, böyük siyasətdən getməyib və Ukrayna hakimiyyətinə qayıtmaq üçün ambisiyalara malikdir. Yanukoviç hakimiyyətə qayıdaraq Ukraynanı federallaşdırmaq və Moskva ilə münasibətləri normallaşdırmaq istədiyini vurğulayıb. Siyasətçi Ukraynanın regionları daha çox səlahiyyət verməli olduğunu qeyd edib. Sabiq dövlət başçısı əmindir ki, bu halda korrupsiya daha az olacaq.
Yanukoviç indiki siyasi qüvvələrin nə qədər hakimiyyətdə qalacağını proqnozlaşdırmayıb. Lakin əlavə edib ki, prezident Pyotr Poroşenko iqtidarının heç bir perspektivi yoxdur.
Ömər Dağlı
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var