Dəhşətli festival: Hər il 10 min it və pişik əti yeyirlər
Bizi izləyin

Dünya

Dəhşətli festival: Hər il 10 min it və pişik əti yeyirlər

Çində hər il təşkil edilən it əti yemək festivalı dünya ictimaiyyəti tərəfindən sərt tənqidlərə səbəb olur. Onlar bu festival üçün hər il 10 gün ərzində 10 min iti öldürürlər.

Publika.az xəbər verir ki, bu dəfəki festivala rus heyvansevərlər müdaxilə ediblər.

Onlar festivalda yeyilmək üçün bir yerə yığılan 300 iti və pişiyi qətliamdan xilas ediblər. Daha sonra onların şəkillərini çəkərək sosial şəbəkələrdə yayımlayıblar.

Görüntülərdən məlum olub ki, çinlilər heyvanları festivalın keçirildiyi yerə daşımaq üçün kiçik toyuq qəfəslərinə sıxışdırıblar.

Rus könüllülərinin müdaxilələri yerli sakinlərin narazılığına səbəb olub və onlar dəfələrlə heyvansevərləri festivaldan qovmağa cəhd göstəriblər.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm