Ermənistanda təbii fəlakət: əhali yolu bağladı - Baş nazirin gəlməsini tələb edirlər
Bizi izləyin

Dünya

Ermənistanda təbii fəlakət: əhali yolu bağladı - Baş nazirin gəlməsini tələb edirlər

Ermənistanın Araqacotn vilayətini dolu vurub. Tarlaları, bağları məhv olan ermənilər mərkəzi yolları bağlayıb.

“News.am”ın xəbərinə görə, məhsullar tamamilə yararsız vəziyyətə düşüb. Vilayət rəhbəri Suser Qurgen Zakaryan bildirib ki, dəymiş zərərin həcmi bəlli deyil. Bütün vilayət ağsaqqalları regional idarəyə və icra orqanlara məlumat veriblər.

Hadisədən sonra bölgə camaatı yolları bağlayıb və nəqliyyatın hərəkəti dayanıb. Məlumata görə, etirazçılar baş nazirin vilayətə gəlməsini tələb edirlər.

Amin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm