
İraq xüsusi hərbi qüvvələri Dəclə çayı sahillərini İŞİD-dən azad edib.
Publika.az axar.az-a istinadən bildirir ki, İraq ordusu, Peşmərgə və ABŞ nəzarətində olan beynəlxalq koalisiya qüvvələri İŞİD-ə qarşı müvəffəqiyyətli bir əməliyyat keçirib. İraq xüsusi hərbi qüvvələri Mosulun qərbindəki Dəclə çayı sahillərinə çataraq, İŞİD-dən azad etdikləri bölgəyə İraq bayrağı asıb.
Xatırladaq ki, İraq ordusu, Peşmərgə və ABŞ nəzarətində olan beynəlxalq koalisiya ilə 17 oktyabr 2016-cı ildə Mosulun İŞİD-dən azad edilməsi məqsədi ilə şərq hissəsində əməliyyat başladıb. Əməliyyat 24 yanvarda İŞİD-dən azad edilməsi ilə nəticələnib. Daha sonra 19 fevralda da Mosulun qərb hissəsinin xilası üçün üç cəbhədən əməliyyata start verilib.