Qanqın suyu bulandı
Bizi izləyin

Dünya

Qanqın suyu bulandı

1 milyon insanın ibadət etdiyi Tanrıça Qanqanın çayı olan Qanj çirklənmə qarşısında məğlub olub.

Publika.az xəbər verir ki, 400 milyon hindlinin su qaynağı olan bu çay sənaye tullantıları və kanalizasiyadan axan çirkab suları səbəbilə təhlükəli dərəcədə çirklənib. Hökumətin on illərlə qorumağa çalışdığı çay artıq məhv olmaq üzrədir.

Himalay dağının yüksəkliklərindən kristal kimi büllur bir rəngdə axmağa başlayan çay inkişaf etməkdə olan şəhərlər və sənaye mərkəzlərindən keçərkən çirklənmə və həddindən artıq istifadə səbəbilə zəhərli palçıq halına gəlib.

2525 kilometr uzunluğa malik Qanj çayı sənaye şəhəri olan Qanpurdan keçərkən tünd qəhvəyi rəng alır. Bir başqa yerdə isə fabrikdə kimyəvi maddələrə batırılmış camış dəriləri çayda yuyulur və buna görə çay qırmızı rəngə boyanır.

Hindistan prezidenti Narendra Modinin rəhbərlik etdiyi hökumət dəri fabriklərinin çaydan kənara köçürülməsinə söz versə də, hələ ki, bu yöndə bir irəliləyiş qeydə alınmayıb. 3 milyon dollarlıq təmizlənmə planı isə tətbiq edilmir.

Hinduizm dini inancına görə Qanj müqəddəs çaydır. Hindular bu çayı Tanrıça Qanqanın maddə formasına düşmüş halı kimi qəbul edirlər. Onlar inanırlar ki, həftənin bəlli günlərində çayda yuyunmaq bütün günahları təmizləyir.

Hinduizmdə ölü yandırma ənənəsinə sadiq qalanlar ölkənin müxtəlif əyalətlərindən gələrək yaxınlarının cəsədinin küllərini bu çaya tökürlər. Onlar ölüm döşəyində olan xəstəyə çayın suyundan içirirlər. Bununla da ölən adamın cənnətə getməsini qaranti altına aldıqlarına inanırlar.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm