Avropa İttifaqından Ukrayna barədə SON QƏRAR
Bizi izləyin

Dünya

Avropa İttifaqından Ukrayna barədə SON QƏRAR

Avropa İttifaqi Şurası Ukrayna ilə assosiasiya haqqında razılaşmanı bəyənib.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Avropa İttifaqı Şurasının bəyanatında deyilir.

Sənəddə vurğulanır ki, bu, prosesin təsdiqinin final addımıdır.

Qeyd edək ki, Ukrayna və Avropa İttifaqı arasında assosiasiya haqqında razılaşma 2014-cü ilin martında imzalayıb. Razılaşmanın prezident Viktor Yanukoviç tərəfindən imzalanmaması onun devrilməsi ilə nəticələnən Maydan hadisələrinin başlanmasına səbəb olub.

Ukraynanın Nazirlər Kabineti assosiasiya haqqında razılaşmanın imzalanmasına hazırlığı 2013-cü ilin noyabrında dayandırıb. Hökümət bunu öz əsas partnyorlarıyla əmtəə dövriyyəsində hiss olunan azalma ilə izah edib. Daha sonra ölkəni Maydan adlanan kütləvi aksiyalar bürüyüb. 2014-cü ilin fevral ayında Kiyevdə küçə döyüşlərində 100-dən çox insan həlak olub.

Fevralın 22-də isə hakimiyyət dəyişikliyi baş verib. Viktor Yanukoviç hakimiyyətdən kənarlaşdırılıb və assosiasiya haqqında razılaşma üzrə danışıqlar yenidən başlanıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm