
Suriyanın Hərbi-Hava Qüvvələrinin MİQ-21 qırıcısı çərşənbə axşamı Maxrus rayonu üzərində müxalifət döyüşçüləri tərəfindən vurulub.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Livanın “Əl Mayadin” kanalına “Usud aş-Şarkiya” silahlı qruplaşmasının nümayəndəsi deyib.
Onun sözlərinə görə, təhlükəsiz zonalarından biri Suriya səhrasının cənubi-şərq sektorunda bu ərazini əhatə edir. Kanal qeyd edir ki, Suriya ordusunun komandanlığı xəbəri nə təkzib, nə də təsdiq edib.
Pilotun taleyi haqqında məlumat yoxdur.
Ömər