Poroşenko: “Bu, Kremlin növbəti məğlubiyyəti oldu”
Bizi izləyin

Dünya

Poroşenko: “Bu, Kremlin növbəti məğlubiyyəti oldu”

Ukrayna ilə assosiasiya haqqında razılaşmanın Avropa İttifaqı Şurası tərəfindən təsdiqi Kremlin növbəti məğlubiyyəti oldu.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko Feysbuk səhifəsində yazıb.

“Assosiasiya haqqında razılaşma avromaydanın əsas tələbləri və gözləntilərindən biri idi və mən şadam ki, biz birgə səylərlə buna nail ola bildik. Kreml assosiasiyaya qarşı özünün bütün resurslarını səfərbər etdi, beynəlxalq hüququ həyasızcasına pozdu, Ukraynaya qarşı təcavüzə başladı, amma növbəti məğlubiyyətə düçar oldu”, - dövlət başçısı qeyd edib.

Onun sözlərinə görə, razılaşmanın təsdiqindən sonra Ukraynanı Avropa İttifaqına yolun yeni mərhələsi gözləyir.

“Əminəm ki, biz qalib gələcəyik. Ukrayna Avropa xalqlarının ailəsində, Avropa İttifaqı və NATO-da mütləq olacaq”.

Qeyd edək ki, bu gün Avropa İttifaqi Şurası Ukrayna ilə assosiasiya haqqında razılaşmanı bəyənib. Sənəddə vurğulanır ki, bu, prosesin təsdiqinin final addımıdır.

Ukrayna və Avropa İttifaqı arasında assosiasiya haqqında razılaşma 2014-cü ilin martında imzalayıb. Razılaşmanın prezident Viktor Yanukoviç tərəfindən imzalanmaması onun devrilməsi ilə nəticələnən Maydan hadisələrinin başlanmasına səbəb olub.

Ukraynanın Nazirlər Kabineti assosiasiya haqqında razılaşmanın imzalanmasına hazırlığı 2013-cü ilin noyabrında dayandırıb. Hökümət bunu öz əsas partnyorlarıyla əmtəə dövriyyəsində hiss olunan azalma ilə izah edib. Daha sonra ölkəni Maydan adlanan kütləvi aksiyalar bürüyüb. 2014-cü ilin fevral ayında Kiyevdə küçə döyüşlərində 100-dən çox insan həlak olub.

Fevralın 22-də isə hakimiyyət dəyişikliyi baş verib. Viktor Yanukoviç hakimiyyətdən kənarlaşdırılıb və assosiasiya haqqında razılaşma üzrə danışıqlar yenidən başlanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm