ABŞ və Qətər RAZILAŞDI
Bizi izləyin

Dünya

ABŞ və Qətər RAZILAŞDI

Qətər tələbləri yerinə yetirməkdən imtina edib.

ABŞ və Qətər terrorizmlə mübarizə üzrə qarşılıqlı anlaşma haqqında memorandumu imzalayıb.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibinin məsləhətçisi Robert Hemmond deyib.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillerson hazırda Yaxın Şərqin ölkələri üzrə turnedədir. O, bu gün Dohaya səfəri edib, sabah isə Səudiyyə Ərəbistanına gedərək Qətərə qarşı embarqolar tətbiq edən ölkələrin iclasında iştirak edəcək.

Tillerson Qətərdə jurnalistlərə açıqlamasında bildirib ki, Dohanın ərəb qonşuları ilə yaşadığı böhrandakı mövqeyi son dərəcə dəqiq və məqbuldur. ABŞ Qətər böhranı ilə əlaqədar daha əvvəl verdiyi bəyanatlarında Körfəz ölkələrinin qərarını dəstəklədiklərini açıqlamışdı.

Qeyd edək ki, iyunun 5-də BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı və Misir terrorizmə dəstək verməkdə ittiham edərək Doha ilə diplomatik əlaqələri kəsdi. Daha sonra analoji addımı Mavritaniya, Maldiv adaları, Mavrikiy, Cibuti və İordaniya atdı. Qətərin blokadasına Fars körfəzinin ərəb ölkələri Əməkdaşlıq Şurasının üzvlərindən yalnız Oman və Küveyt qoşulmadı.

İyunun 23-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Doha ilə münasibətlərin normallaşması üçün 13 tələb irəli sürdülər. Ərəb ölkələri, xüsusi halda, Qətərdən İranla diplomatik münasibətləri kəsməyi, Türkiyə hərbi bazasını bağlamağı və “Əl-Cəzirə” peyk telekanalını bağlamağı tələb etdilər. Bundan başqa, Doha yuxarıda adı çəkilən 4 ölkənin terrorçuluqda ittiham etdiyi bütün şəxsləri təhvil verməli idi.

Tələblərin yerinə yetirilməsi üçün Qətərə 10 gün vaxt verilmişdi. Daha sonra bu müddət Küveytin xahişi ilə daha 48 saat uzadıldı.

Lakin Qətər tələbləri yerinə yetirməkdən imtina edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm