• USD 1,7000 0,00% EUR 2,0695 +0,35%
    • GBP 2,3318 +0,24% RUB 0,0230 -0,87%

Rusiyalı hərbi müşavir Suriyada həlak oldu

  • Dünya
  • 12 İyul 2017 02:27
  • 636 Baxış
Rusiyalı hərbi müşavir Suriyada həlak oldu

Rusiyanın Müdafiə Nazirliyi hərbi müşavir Nikolay Afanasovun Suriyada silahlıların minaatandan açdığı atəş nəticəsində həlak olması barədə məlumat yayıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Həma vilayətində silahlıların Suriya hökumət qüvvələrini gözlənilmədən minaatandan atəşə tutması nəticəsində rusiyalı hərbi müşavir, kapitan Nikolay Afanasov həlak olub. Qeyd olunur ki, Afanasov Suriyanın quru qoşunlarının şəxsi heyətinin təlimi ilə məşğul olurmuş. O, ölümündən sonra dövlət mükafatı ilə təltif edilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR