“Mindən çox rus hərbçinin ölümü...! - “Terminator”un yaranmasının ŞOK SƏBƏBİ
Bizi izləyin

Dünya

“Mindən çox rus hərbçinin ölümü...! - “Terminator”un yaranmasının ŞOK SƏBƏBİ

Rusiya silahları özünü Suriya müharibəsində yaxşı tərəfdən göstərə bildi.

Rusiya “Terminator 2” adı ilə məşhur olan BMPT-72 zirehli hərbi maşını Suriyaya sınaqlara göndərib.

Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın “The National Interest” nəşrində müdafiə və tarix məsələləri üzrə ixtisaslaşan ekspert Maykl Pek yazıb.

Hərbi maşın ötən həftə Rusiyanın bu ölkədəki “Xmeymim” hərbi bazasına baş çəkən Suriya prezidenti Bəşər Əsədə göstərilib.

“Terminator 2” başqa tankların müdafiəsi üçün və xüsusən şəhər şərtlərində döyüş əməliyyatlarının aparılması üçün nəzərdə tutulmuş tankdır. Hərbi maşın Т-72 tankının şassisi üzərində hazırlanıb və dəyişilmiş korpusa malikdir. “Terminator 2” 125 millimetr kalibrli güclü top, iki 30 millimetr kalibrli top, “Ataka-T” ağır pulemyot və tank əleyhinə 4 raketlə təchiz edilib.

“Terminator”un birinci versiyası 1990-cı illərin sonlarında hazırlanıb. Bu, T-90 tankı şassisi üzərində hazırlanan və beş ekipaj üzvündən ibarət maşın idi. Rusiya KİV-nin xəbərlərinə əsasən, 2013-cü ildə ilk dəfə nümayiş edilmiş “Terminator 2”dən qumbaraatanlar götürülüb və ekipaj üç nəfərə qədər azaldılıb.

Tankların dəstəyi üçün hərbi maşınının yaradılması ideyası Əfqanıstan və Çeçenistan Respublikasında döyüş əməliyyatlarının aparılması təcrübəsi əsasında yaranıb. Tank əlehinə idarə olunan reaktiv mərmi və tank əleyhinə idarə olunan raketlərlə silahlanan döyüşçülər Rusiya tanklarına böyük itki verirdir. Ən qalmaqallı hadisə Qroznıda 1994-cü ildə yeni il ərəfəsində baş verdi. Rusiya tankları və zirehli avtomobillərin böyük kolonları pusquya düşür və tank əleyhinə qumbaraatanlarla silahlanan çeçen döyüşçüləri tərəfindən sıxışdırılır. O dəhşətli gecədə Rusiya ordusu təxminən 400 zirehli maşın və mindən çox hərbçisini itirir.

Ruslar cavab olaraq “Şilka” ZSU-32-4 özüyeriyən zenit sistemindən istifadə etməyə başladılar. Ancaq “Şilka”da bron çox yüngül idi və yerüstü hədəflərin nişan alınması üçün avadanlıqlara malik deyildi. Buna görə də tankların müdafiəsi üçün universal və mobil vasitə kimi BMPT (tankların müdafiəsi üçün hərbi maşın) yaradıldı. Amma yüksək qiyməti birinci “Terminator”un əsas çatışmazlığı idi.

“Terminator 2”nin perspektivi necə olacaq?

Amerika nəşri yazır ki, Rusiya KİV-i adətən ölkə silahlarını tərifləyirlər, ancaq BMPT-72-ni onlar çox ehtiyatla tərifləyirlər. “Russia Beyond The Headlines” (“Rusiya qəzeti”nin beynəlxalq multimedia layihəsi –red.) rusiyalı bir hərbi analitikə istinadən bildirir ki, “Terminator 2” daha yüngül və ucuz, istismarı daha sadədir. Ancaq əhəmiyyətli dərəcədə “Terminator”un ilkin versiyasından daha zəifdir. “Terminator-2” eyni zamanda yalnız bir hədəfə atəş açırdı, birinci “Тerminator” üç hədəfi güllələyə bilirdi”, o deyib.

Amma “Terminator 2”-nin Suriyada üsyançılara qarşı özünü yaxşı göstərəcəyinə heç bir şübhə yoxdur. Bu, Rusiya ordusunu BMPT üçün sifarişlər verməyə məcbur edəcək. Əslində, Rusiyanın Suriyaya müdaxiləsinin əsas məqsədlərindən biri də öz silahlarını sınaqdan keçirmək idi. Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, Rusiya silahları özünü Suriya müharibəsində yaxşı tərəfdən göstərə bildi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm