Trampa ŞOK: İmpiçment üçün ilk RƏSMİ SƏNƏD
Bizi izləyin

Dünya

Trampa ŞOK: İmpiçment üçün ilk RƏSMİ SƏNƏD

Ağ Evin reaksiyası isə çox sərt olub.

ABŞ Konqresinin Kaliforniya ştatından olan demokrat üzvü Bred Şerman prezident Donald Trampın impiçmentini tələb edən qanun layihəsini təqdim edib.

Publika.az xəbər verir ki, qanun layihəsində dövlət başçısının Rusiyanın prezident seçkilərinə müdaxiləsinin araşdırılmasına əngəl törətdiyi iddia olunur.

Qeyd edilir ki, Tramp seçki kampaniyası zamanı Rusiya ilə gizli müqavilə bağladığı barədə iddiaların araşdırıldığı bir vaxtda Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Ceyms Komini işdən çıxarmaqla istintaqa mane olub və böyük cinayət törədib.

Konqresdən keçməsi ehtimalı az olsa da, qanun layihəsi Trampın impiçmenti tələbi ilə hazırlanan ilk rəsmi sənəd kimi qeydə alınıb.

Konqresdəki demokratlar qanun layihəsini sakit qarşılayıblar. Ağ Evin reaksiyası isə çox sərt olub.

Səsverməyə çıxarılacağı halda respublikaçıların sənədə qarşı səs verəcəyi gözlənilir.

***

ABŞ Konqresinin iki demokrat üzvü Bred Şerman və El Qrin Rusiyanın seçkilərə müdaxiləsinin araşdırılmasına əngəl törətdiyinə görə prezident Trampın impiçmentinə çağırıblar.

Publika.az xəbər verir ki, bu barədə B.Şermanın yaydığı bəyanatda deyilir.

Qeyd edək ki, Rusiyanın ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxiləsi iddiaları barədə araşdırmanı Federal Təhqiqatlar Bürosu, Senat və Konqresin Nümayəndələr Palatasının kəşfiyyat üzrə xüsusi komitələri aparır. Bundan əlavə, may ayında Ədliyyə nazirliyi FTB-nin sabiq direktoru Robert Mülleri məsələ ilə bağlı xüsusi araşdırmaçı təyin edib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm