Ərdoğanı devirmək üçün 3 milyard dollar: Yaxın Şərqin “muzdlu qatili”nin QORXUNC PLANI
Bizi izləyin

Dünya

Ərdoğanı devirmək üçün 3 milyard dollar: Yaxın Şərqin “muzdlu qatili”nin QORXUNC PLANI

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Məhəmməd Dahlanın liderlik etdiyi qrup “Fəthullahçı Terror Təşkilatı”na (FETÖ) 3 milyard dollarlıq dəstək verib.

Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, bu haqda Qətər Universitetinin əməkdaşı, Yaxın Şərq üzrə mütəxəssis Məhəmməd Muxtar Şankiti deyib.

Onun sözlərinə görə, FETÖ-nün lider heyətində təmsil olunan şəxslər 2016-cı il iyulun 15-də edilən dövlət çevrilişə cəhddən əvvəl 22 dəfə BƏƏ-yə səfər ediblər. Siyasi ekspert FETÖ-nün üzvü, keçmiş prokuror Zəkəriyyə Özün “Yaxın Şərqin muzdlu qatili” adlandırılan Məhəmməd Dahlan arasında Cumeyra otelində xüsusi görüşün keçiridiyini bildirib.

Məhəmməd Şankiti 2015-ci ilin oktyabrından 2016-cı ilin iyuluna kimi qiyamçılara ödənilən məbləğin 3 milyard dollar olduğunu vurğulayıb. O bildirib ki, BƏƏ-nin Türkiyədə dövlət çevrilişinə cəhdi dəstəkləməsinin səbəbi Türkiyənin “Müsəlman Qardaşları” ilə yaxın əlaqələri idi.

Xatırladaq ki, hələ ötən il “The Guardian” nəşrinin keçmiş redaktoru Devid Herst “Middle East Eye” xəbər saytında dərc etdiyi məqaləsində Türkiyədə hərbi çevrilişə cəhddən həftələr əvvəl BƏƏ hökumətinin FETÖ-yə pul köçürdüyünü yazmışdı. Türkiyə kəşfiyyat xidmətlərinə yaxın mənbələrə istinad edən Devir Herstin iddiasına görə, ABŞ-ın dəstəyi ilə “Həmas”a qarşı çevriliş hazırlayan, Fələstinin mərhum lideri Yasir Ərafata sui-qəsd planlaşdıran Məhəmməd Dahlan pulun köçürülməsində vasitəçi olub.

Məhəmməd Dahlanın Abu-Dabi şahzadəsi Məhəmməd Zayəd Al-Nahyanı ilə yaxın əlaqələrinin olduğu bildirilir. “Həmas” Qəzzada iqtidara gəlməzdən əvvəl “Əl-Fəth” partiyasının bu bölgədəki lideri olan Dahlan sui-qəsddə ittiham olunmasından sonra Fələstini tərk edərək BƏƏ-yə sığınıb.

Xəbərə görə, Dahlanın Fətullah Gülən ilə ünsiyyət qurmasına ABŞ-da yaşayan fələstinli iş adamı kömək edib. Bu iş adamının kimliyi də Türkiyə kəşfiyyatına məlumdur.

Dahlan Türkiyədə hərbi çevriliş cəhdinin uğursuz olmasından sonra BƏƏ-ni tərk etmək məcburiyyətində qalıb. Onun hazırda Misirdə yaşadığı təxmin edilir. Misir və BƏƏ yanaşı, İordaniya da Dahlanın Mahmud Abbasdan sonra Fələstin lideri olmasını istəyir.

Ərəb dünyasında ən çox müzakirə edilən şəxslərdən olan Məhəmməd Dahlan 2008-ci ildə İsrailin Qəzzaya hücumundan əvvəl İsrailin Ehud Olmert hökuməti ilə kəşfiyyat paylaşmaqda ittiham olunur.

Ona qarşı irəli sürülən daha bir ittiham “Həmas”ın komandirlərindən Mahmud Mabhuha qarşı 2010-cu ildə BƏƏ-də təşkil edilən sui-qəsdlə bağlıdır. İsrailin kəşfiyyat təşkilatı MOSSAD-ın agentləri tərəfindən reallaşdırıldığı deyilən sui-qəsdə Dahlanın kömək etdiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm