• USD 1,7000 0,00% EUR 2,0259 0,00%
    • GBP 2,3667 0,00% RUB 0,0235 0,00%

Şimali Koreya bunu ilk dəfə etdi - FOTO

  • Dünya
  • 14 İyul 2017 18:00
  • 1 982 Baxış
Şimali Koreya bunu ilk dəfə etdi

Şimali Koreya strateji təyinatlı raketlərin olduğu yeraltı şaxtaların mövcudluğunu təsdiqləyib.

Publika.az xəbər verir ki, bu haqda Cənubi Koreyanın “Renxap” informasiya agentliyi bildirib.

Agentliyin məlumatlarına görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) mərkəzi telekanalı raketlərin olduğu yeraltı hərbi obyektləri yoxlayan dövlət başçısı Kim Çen Inın fotoşəklini nümayiş edib. Fotoşəkildə həmçinin iyulun 4-də sınaqdan keçirilən “Xvason-14” qitələrarası ballistik raket və özüyeriyən işəsalma qurğusu görünür.

Qeyd edilir ki, Pxenyan belə yeraltı obyektləri ilk dəfə açıq nümayiş edir. “Renxap”ın məlumatına görə, raketlər görünür, ABŞ-ın “nöqtə zərbələri”indən qaçmaq üçün torpağın altında gizlədilib.

“Görünür ki, raketlərlə özüyeriyən qurğuların hərəkət edə biləcəyi gizli tunellərdən söhbət gedir”, - xəbərdə deyilir.

Ömər

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR