Həcc ziyarətinə gedənlərə XƏBƏRDARLIQ: VƏBA TƏHLÜKƏSİ var
Bizi izləyin

Dünya

Həcc ziyarətinə gedənlərə XƏBƏRDARLIQ: VƏBA TƏHLÜKƏSİ var

Dünya Səhiyyə Təşkilatı Həcc ziyarəti zamanı vəba epidemiyasının yayılacağı ehtimalını irəli sürüb.

Pulika.az xəbər verir ki, Yəməndə 332 000 insanı xəstəliyə yoluxduran epidemiya Həcc ziyarətini gerçəkləşdirən coğrafiyaya da yayıla bilər.

Vəba ilə yanaşı, Zika, Danq kimi virusların yayılma təhlükəsi də olduqca yüksəkdir. Buna görə də hər il Həcci ziyarətə gələn 1.5-2 milyon insan bu xəstəlikləri öz ölkələrinə daşıya bilərlər.

Təşkilat Səudiyyə Ərəbistanını epidemiyaya qarşı tədbir görməyə çağırıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm