Zibilliyə atılmış körpəni küçə iti xilas etdi - - FOTO
Bizi izləyin

Dünya

Zibilliyə atılmış körpəni küçə iti xilas etdi - - FOTO

Kenyanın paytaxtı Nayrobidə yeni doğulan, göbək bağı belə kəsilməmiş bir körpəni zibillikdən küçə iti tapıb çıxarıb.

Publika.az xəbər verir ki, it körpəni ağzına alaraq küçənin ortasına gətirib.

Velosipedlə yoldan keçən gəncin yanına qədər gələn heyvan körpəni orada yerə qoyub. İtin bu hərəkətini görən gənc uşağı təcili yardım məntəqəsinə aparıb.

Bir küçə iti tərəfindən xilas edilən körpə həyata tutunub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm