
Bu gün saat 11:00 radələrində Türkiyənin Hakkari
vilayətinin Yüksekova əyalətində partlayış baş verib.
Publika.az xəbər verir ki, İran sərhədi ilə 15 kilometr
məsafədə yerləşən Esendere bölgəsindəki Ovaiçi kəndində əsgərləri
daşıyan avtomobil PKK terrorçularının qurduğu minaya düşüb.
Partlayış nəticəsində 4 ağır olmaqla 17 əsgər yaralanıb. Yaralı
əsgərlərin bir qismi təcili tibbi yardım maşınları isə Yüksekovaya,
digər qismi isə helikopterlə Hakkariyə aparılıb.
Partlayışdan sonra bölgədə döyüş təyyarələrinin də dəstək verdiyi
genişmiqyaslı əməliyyat başlanıb.
Asif