“Hazır olun, hər an...” – Dövlət başçısına sui-qəsd EDİLƏCƏK?
Bizi izləyin

Dünya

“Hazır olun, hər an...” – Dövlət başçısına sui-qəsd EDİLƏCƏK?

Sabiq amerikalı məmur Çin, ABŞ, Yaponiya və Cənubi Koreyanı dialoqa çağırıb.

“Koreya Xalq Demokratik Respublikasında hakimiyyət istənilən vaxt dəyişə bilər”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibinin sabiq müavini Entoni Blinken deyib.

Onun sözlərinə görə, Koreya böhranı ilə əlaqədar ölkələr qabaqcadan hadisələrin bu cür inkişafına hazır olmalıdır. Sabiq amerikalı məmur Çin, ABŞ, Yaponiya və Cənubi Koreyanı dialoqa çağırıb. Entoni Blinken qeyd edib ki, Kim Çen In rejiminin dəyişməsindən sonra keçiriləcək nüvə obyektləri məsələləri üzrə ilkin konsultasiyaları artıq indi keçirmək lazımdır.

Qeyd edək ki, dünya KİV-inin məlumatına görə, ABŞ-ın “Navy SEALS Team 6” elit dəstəsi KXDR-lə münasibətlərdə gərginliyin artması fonunda Koreya yarımadasına gəlib. İddiaya görə, ABŞ-ın xüsusi təyinatlı dəstəsi hazırda Şimali Koreya liderinin aradan qaldırılması üçün hərəkətləri yerinə yetirir. “The Sun” qəzeti isə xatırladır ki, bu dəstənin döyüşçüləri “Əl-Qaidə” terror təşkilatının lideri Üsamə Bin Ladeni məhv ediblər.

Daha əvvəl NBC kanalının verdiyi xəbərə görə, ABŞ Milli Təhlükəsizlik Şurası prezident Donald Trampa Koreya Xalq Demokratik Respublikasının (KXDR) yaratdığı nüvə təhdidi probleminin həlli üçün bir neçə variant təklif edib. Variantlar arasında Cənubi Koreya ərazisində Amerikanın nüvə raketlərinin yerləşdirilməsi, kiberhücumlar, həmçinin KXDR-in lideri Kim Çen Inın qətli var.

May ayında Pxenyan ABŞ və Cənubi Koreyanın Kim Çen Ina sui-qəsd hazırlandığını iddia edib. Şimali Koreya Dövlət Təhlükəsizliyi Nazirliyindən verilən məlumata görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Cənubi Koreya kəşfiyyatının dəstəklədiyi terrorçu qrup kimyəvi maddə ilə sui-qəsdi etmək üçün ölkəyə daxil olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm